Polşa hakimiyyəti Ukraynaya hərbçilərin göndərilməsi imkanını müzakirə etmir. Bu barədə Polşa prezidenti Anjey Duda İtaliyanın “Il Giornale” qəzetinə müsahibəsində bildirib.
“Polşada bizim əsgərlərimizi Ukraynaya göndərmək mövzusu yoxdur”, – Polşa lideri qeyd edib. O vurğulayıb ki, Kiyevə dəstək “Şimali Atlantika Alyansı üzvlərinin müharibədə bilavasitə iştirak riski daşımayan üsullarla həyata keçirilməlidir”.
Bundan əvvəl Polşa müdafiə departamentinin rəhbəri Vladislav Kosiniyak-Kamış Varşavanın hazırlaşmadığını və qoşunlarını Ukraynaya göndərməyəcəyini bildirmişdi. O qeyd edib ki, Polşa Ukraynaya hərbi yardım göstərməyə, onun silahlı qüvvələrinin üzvlərinə təlim keçməyə və Kiyevin qərb tərəfdaşlarının müxtəlif koalisiyaları çərçivəsində silah təchizatını davam etdirəcək. (Tass)