Polşa hakimiyyəti 2020-ci ildə qəbul edilmiş sənədi əvəz etmək üçün yeni milli təhlükəsizlik strategiyası hazırlamağa başlayıb. Bu barədə Respublikanın Milli Təhlükəsizlik Bürosu məlumat yayıb.
“Polşa Respublikasının Prezidenti Anjey Duda Polşa Respublikasının Milli Təhlükəsizlik Strategiyasının hazırlanması ilə bağlı Nazirlər Şurasına tövsiyələr çatdırıb.
Duda strategiyanın yenilənməsinin zəruriliyini Ukraynadakı silahlı münaqişə ilə bağlı regionda geosiyasi vəziyyətin köklü dəyişməsi ilə izah edib. (Tass)