Polşa hərbçiləri bir gün əvvəl Ukraynadan hava məkanına raket uçduğu görülən əraziyə baxış keçirib və təhlükə yaradan heç nə aşkar etməyiblər. Bu barədə respublika silahlı qüvvələrinin əməliyyat komandanlığı məlumat yayıb.
“Saat 15:00-da (Bakı vaxtı ilə 18:00 ) 500-ə yaxın hərbçinin iştirak etdiyi təyin edilmiş ərazidə yoxlama başa çatıb. Axtarışın nəticəsi mənfi olub. Sakinlərin təhlükəsizliyini təhdid edə biləcək heç bir şey aşkar edilməyib. Lublin Voyevodalığı”, – X sosial şəbəkəsində dərc olunan mesajda deyilir. Həmçinin bildirilir ki, hələlik hərbi idarə ərazini yoxlamaq üçün əlavə tədbirlər həyata keçirməyi planlaşdırmır.
Bir gün əvvəl əməliyyat komandanlığı Polşanın hava sərhədlərinin naməlum obyekt tərəfindən pozulduğunu bildirmişdi. Onun qalıqlarının axtarışı heç bir nəticə verməyib. Daha sonra Polşa prezidenti Anjey Duda Müdafiə Nazirliyinin rəhbərliyi ilə təcili iclas keçirib. Polşa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Wieslaw Kukula Rusiyaya məxsus raketin ölkənin hava məkanında olduğunu iddia edib. (Tass)