Martın 24-də səhər saatlarında Polşa hava məkanına daxil olduğu iddia edilən Rusiya qanadlı raketi ilə bağlı insident təsadüfən baş verib. Bu fikri Polsat News- a müsahibəsində Polşa quru qoşunlarının keçmiş komandanı, general Valdemar Skrzypçak deyib.
“Məncə, bu, qəza idi. Mənə elə gəlir ki, operator xətası olub, onun Polşa sərhədini keçə biləcəyini nəzərə almadan [raketin uçuşunu] səhv proqramlaşdırıb”, – general bildirib.
Hərbi lider təklif edib ki, “NATO Rusiya raketlərinin müttəfiq ölkələrin hava məkanına nəzarətsiz daxil olmasını qeyri-mümkün edəcək addımlar atmalıdır”.
Eyni zamanda, general Skrzypçak qeyd edib ki, “Ukraynanın müdafiəsi [hava hücumundan müdafiə] zəifləyir” və “Ukraynanın sızan müdafiə sistemi” səbəbindən belə hadisələr təkrarlana bilər.
(Tass)