Polşanın baş naziri Donald Tusk iş adamı ilə Polşanın xarici işlər naziri Radoslav Sikorski arasında qızğın fikir mübadiləsinə cavab olaraq İlon Maskı “kiçik və zəif tərəfdaşlara” hörmətlə yanaşmağa çağırıb.
“Əsl liderlik partnyorlara və müttəfiqlərə hörmət deməkdir. Hətta kiçik və zəiflər üçün də. Heç vaxt təkəbbür demək deyil. Əziz dostlar, bu barədə düşünün”, – Tusk ingilis dilində X-də yazıb. (Tass)