Polşa Sərhəd Xidməti Ukrayna ilə sərhəddə yerləşən Dorohusk keçid məntəqəsində noyabrın ortalarına qədər davam edəcək təmir işlərini elan edib.
Sərhəd xidmətinin X-də (keçmiş Twitter) mesajında deyilir: “Dorohuskdakı avtomobil keçid məntəqəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti əhəmiyyətli dərəcədə çətinləşəcək və sərhədi keçmək üçün gözləmə müddəti artacaq”. İdarədən bildirilib ki, işlər noyabrın 14-dək davam edəcək.
Polşa-Ukrayna sərhədində 9 avtomobil keçid məntəqəsi var. (Tass)