Çexiya polisi cümə axşamı Praqada Çarlz Universitetinin fəlsəfə fakültəsində atışma törədən tələbənin hərəkətlərini bəyənən 4 nəfəri, o cümlədən 14 yaşlı məktəblini saxlayıb. Bu barədə jurnalistlərə respublika polisinin rəhbəri Martin Vondraşek məlumat verib.
“Polis Çarlz Universitetinin Fəlsəfə fakültəsində qeyri-qanuni olaraq fövqəladə vəziyyətə müdaxilə edən dörd nəfəri saxlayıb”- deyə məlumatda qeyd edilir.
Olomouc bölgəsində (respublikanın şimal-şərqində) orta məktəblərdən birində saxlanılan 14 yaşlı şagird təhsil aldığı məktəbdə kütləvi atışma törədəcəyini bəyan edib. Tələbə yetkinlik yaşına çatmadığına görə onu cinayət məsuliyyətinə cəlb etmək mümkün deyil.
Vondraşekin sözlərinə görə, polis Praqada atışma törədən tələbənin ailəsini təhdid edənlərə qarşı da tədbir görür. İntihar edən cinayətkar da daxil olmaqla ümumilikdə 15 nəfər ölüb. (Tass)