Avqust 14, 2025-11:31
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Prezident bu şəxslərə vəzifə verdi – SƏRƏNCAM

Prezident İlham Əliyev Ali Məhkəmə sədrinin müavininin və məhkəmə kollegiyaları sədrlərinin, apellyasiya məhkəmələrinin məhkəmə kollegiyaları sədrlərinin və bəzi birinci instansiya məhkəmələri sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Teleqraf xəbər verir ki, sərəncama əsasən, aşağıdakılar təyinatlar olub.

Çingiz İsgəndər oğlu Əsgərov Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini təyin edilib.

Bundan başqa, Hafiz Qənbər oğlu Nəsibov Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri, Xəqani Səyyad oğlu Məmmədov Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının sədri, Kəmalə Nəbi qızı Abiyeva Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının sədri, Sənan Firudin oğlu Hacıyev Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri təyin olunublar.

Həmçinin Elmar Eldar oğlu Rəhimov Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının, Rəşad Ziyaviddin oğlu Mamedov Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının, Şamil Qəhrəman oğlu Rzaquliyev Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının, Hökumə Çingiz qızı Babayeva Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının, Rövşən Rafiq oğlu Rəfiyev Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının, Elçin Şirin oğlu Hüseynov Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının və Tale Suliddin oğlu Kərimov isə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının sədrləri təyin ediliblər.

Eyni zamanda Araz Firidun oğlu Hüseynov Bakı İnzibati Məhkəməsinə, Zəfər Arif oğlu Quliyev Gəncə İnzibati Məhkəməsinə, İmran Ramazan oğlu Burcayev Sumqayıt İnzibati Məhkəməsinə və Fehruz Novruz oğlu Abbasov Şirvan İnzibati Məhkəməsinə sədr təyin olunublar.

İlham Bayram oğlu Əhmədov Bakı Kommersiya Məhkəməsinin, Rəşad Seylan oğlu Məmmədov Gəncə Kommersiya Məhkəməsinin, Mübariz Rahil oğlu Hüseynov Şəki Kommersiya Məhkəməsinin və Namidar Əlöysət oğlu Misirzadə Şirvan Kommersiya Məhkəməsinin sədrləri, habelə Nemət Əlimusa oğlu Musayev Qazax Rayon Məhkəməsinin, Rəşad Rafiq oğlu Mustafayev Sumqayıt Şəhər Məhkəməsinin sədri vəzifəsinə təyin ediliblər.