May 15, 2025-8:54
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Prezident İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib – YENİLƏNİB

2024:09:23 - 16:13
in SİYASƏT
A A
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Özbəkistan Respublikasının Baş nazirinin müavini Cəmşid Xocayevi qəbul edib.”Report” xəbər verir ki, qəbula görə minnətdarlığını bildirən Cəmşid Xocayev, ilk növbədə, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı.Prezident İlham Əliyev salamlara görə təşəkkürünü bildirdi, onun da salamlarını Şavkat Mirziyoyevə çatdırmağı xahiş etdi.Cəmşid Xocayev vurğuladı ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın əldə etdiyi böyük uğurlar Özbəkistanda sevinc hissi ilə qarşılanır. O, 20 Sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü münasibətilə təbriklərini çatdırdı.Özbəkistan üçün Azərbaycanın mühüm dövlətlər sırasında layiqli yeri olduğunu deyən qonaq ölkəmizin həm regionda, həm də dünyada böyük nüfuza malik olduğunu vurğuladı. O qeyd etdi ki, Prezident İlham Əliyevin müdrik qərarları ilə azad olunmuş ərazilərimizdə, o cümlədən tarixi şəhərlər olan Şuşa və Xankəndidə həyata keçirilən böyük yenidənqurma və bərpa işləri Özbəkistanda maraqla izlənilir.Cəmşid Xocayev iş adamları ilə birgə ölkəmizə səfərinin Azərbaycan və Özbəkistan prezidentlərinin tapşırıqlarının yerinə yetirilməsi ilə bağlı olduğunu diqqətə çatdırdı.Prezident İlham Əliyev Özbəkistana dövlət səfərini, ondan əvvəl isə Özbəkistan Prezidentinin Azərbaycana səfərini məmnunluqla xatırladı. Özbəkistana dövlət səfəri zamanı iki ölkənin iş adamları ilə keçirdikləri görüşün əhəmiyyətinə toxunan Azərbaycan Prezidenti investisiya layihələri üzərində fəal iş aparılması istəyinin olmasını məmnunluqla qeyd etdi. Bu baxımdan Prezident İlham Əliyev yaradılmış birgə investisiya fondunun artıq konkret layihələrlə təmin olunduğunu vurğuladı.Əziz qardaşı Şavkat Mirziyoyevlə qarşıdakı görüşlərini məmnunluqla gözlədiyini deyən Azərbaycan Prezidenti hər iki dövlət başçısının görüşlərinin əməkdaşlığın gündəliyində duran məsələlərin həyata keçirilməsi baxımından önəmini qeyd etdi.Prezident İlham Əliyev Özbəkistan Baş nazirinin müavininin ölkəmizə səfərinin əməkdaşlığımızın genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirdi.Görüşdə əlaqələrimizin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
Əvvəlki Yazı

ABŞ-da Məxfi Xidmətin işi Trampa sui-qəsddən sonra daha pis qiymətləndirilməyə başlanılıb

Növbəti Yazı

Perinatal Mərkəzdə 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin məhkəməsi təxirə düşüb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.