İyul 17, 2025-17:46
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Prezident İlham Əliyevin nümayiş etdirdiyi əzm və siyasi iradə Azərbaycan xalqının birliyinin, həmrəyliyinin siyasi təzahürünə çevrilib – RƏY

2024:07:24 - 18:17
in SİYASƏT
A A

Azərbaycan Milli Mətbuatının 149 illiyi ilə əlaqədar “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda Şuşada keçirilən 2-ci Qlobal Media Forumu mətbuat işçilərinə xüsusi diqqət və qayğının nümayişi olmaqla yanaşı, dünyada və regionda baş verən proseslərə Prezident İlham Əliyev tərəfindən münasibət bildirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.Bu gün dezinformasiyaya qarşı mübarizə bu gün olduqca aktual məsələlərdən biridir. Azərbaycan uzun illərdir dezinformasiya və yalan məlumatlardan əziyyət çəkən ölkələrdəndir. Bu baxımdan Şuşa Qlobal Media Forumu qlobal media sənayesində əsas hadisələrdən biri kimi qiymətləndirilməlidir.Bu fikirləri AZƏRTAC-a açıqlamasında VI çağırış Milli Məclisin deputatı Tamam Cəfərova səsləndirib.Bu cür mötəbər tədbirin Şuşada təşkilinin hər bir azərbaycanlı üçün son dərəcə qürurverici olduğunu vurğulayan T.Cəfərova qeyd edib: “Media Forumu müxtəlif dövlətlərin nümayəndələri üçün real Azərbaycanı, onun münasibətini, aktual problemləri onun baxış prizmasından görmək və eşitmək imkanına çevrildi. Tədbirdə Prezident İlham Əliyev geniş rezonans doğuran və uzun müddət müzakirə olunacaq bir sıra mühüm siyasi mesajlar verdi.Eyni zamanda, Azərbaycanın bərpaolunan enerji sahəsində həyata keçirdiyi layihələr və gözləntilər haqqında da vacib məsələlərə toxunan dövlətimizin başçısı Azərbaycanın ən böyük Günəş Elektrik Stansiyasını istifadəyə verdiyini və 240 meqavatlıq Günəş Elektrik Stansiyasının açılışını edəcəyini diqqətə çatdırdı. Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən mühüm layihələr barədə Forum iştirakçılarını məlumatlandıran Prezident Azərbaycanın bu sahədə imkanlarından da danışdı: “Biz bu sahədə çox böyük işlər görürük. Böyük potensialımız var, həm texniki, həm də iqtisadi potensialımız. Texniki baxımdan dənizdə külək enerjisi potensialı 157 qiqavatdır. Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına görə, iqtisadi baxımdan quruda Günəş və külək stansiyalarının potensialı, göstərir ki, biz 27 qiqavat həcm istehsal edə bilərik, yəni, həcm böyükdür”.Bütün bunlar onu deməyə əsas verir ki, yaşıl enerjinin inkişafı və yaşıl enerjinin dünya bazarlarına çıxışı hazırda Azərbaycanın enerji siyasətinin prioritetidir. Ölkəmizdə energetika sahəsində bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi Prezident İlham Əliyev tərəfindən prioritet vəzifə olaraq irəli sürülüb və 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 faizə çatdırılması hədəf kimi müəyyənləşdirilib”.Tamam Cəfərova vurğulayıb ki, sual-cavab formatında keçirilən Forumda Prezident İlham Əliyev dünyada və regionda baş verən siyasi proseslərlə əlaqədar media nümayəndələrini maraqlandıran sualları cavablandırmaqla yanaşı, dünyada baş verən bir çox mühüm siyasi proseslər haqqında ölkəmizin konkret mövqeyini də nümayiş etdirdi. Dövlətimizin başçısı xüsusilə dünyada hələ də mövcud olan kolonializm siyasəti barədə konkret mövqe ortaya qoyaraq, Qoşulmama Hərəkatının bir çox üzvünün keçmişdə kolonializmin qurbanı olduğunu və bəzilərinin hələ də kolonial idarəçilik altında olduğunu diqqətə çatdırdı. Dedi ki, Azərbaycan kolonializmdən əziyyət çəkən bütün xalqları dəstəkləməyə davam edəcək.“Azərbaycan Prezidentinin nümayiş etdirdiyi mövqe dünyanın aparıcı dövlətləri və güc mərkəzləri, beynəlxalq təşkilatlar üçün nümunədir”, – deyən T.Cəfərovanın sözlərinə görə, reallıq ondan ibarətdir ki, bu gün dünyada baş verən bütün mürəkkəb siyasi proseslərin fövqündə Azərbaycan dinamik inkişaf nümunəsi ortaya qoyur. Prezident İlham Əliyevin rəhbərliyi ilə gündən-günə daha da güclənən Azərbaycan bütün siyasi arenalarda haqlı və güclü mövqeyini ortaya qoymaqdan çəkinmir. Əlbəttə, bütün bunların arxasında güclü siyasi iradə, xarakter dayanır. Bu gün Prezident İlham Əliyevin nümayiş etdirdiyi əzm və siyasi iradə Azərbaycan xalqının birliyinin, həmrəyliyinin siyasi təzahürünə çevrilib.“Şuşa Forumu Azərbaycan Prezidentinin dünyamiqyaslı Lider olduğunu bir daha təsdiqlədi. Bu gün dünyanın siyasi arenasında şəxsiyyət amili olduqca mühüm əhəmiyyət daşıyır. Tarixə nəzər salsaq görərik ki, ötən yüz ildəki siyasi şəxsiyyətlər bu gün yoxdur.Danılmaz həqiqətdir ki, İlham Əliyev şəxsiyyəti bu gün siyasi fenomen kimi dünyanın diqqət mərkəzindədir. Şuşa Qlobal Media Forumuna dünyanın müxtəlif ölkələrinin və media qurumlarının göstərdiyi maraq da bunun əyani təzahürüdür”, -deyə Tamam Cəfərova fikirlərini yekunlaşdırıb.

Əvvəlki Yazı

ŞƏRH Şuşa Forumunda Azərbaycan Prezidenti Cənubi Qafqazda sülhün bərqərar olması üçün əzmini bütün dünyaya bəyan etdi – ŞƏRH

Növbəti Yazı

Şuşa Forumunda Prezident İlham Əliyev ölkəmizə qarşı istiqamətlənən bütün yalanları və saxta mahiyyətli xəbərləri ifşa etdi – ŞƏRH

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.