Avqust 21, 2025-15:00
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Prezident İlham Əliyevin təbrik məktubu Arif Ağakişiyevə təqdim edilib

2024:01:25 - 17:31
in SİYASƏT
A A

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Prezident İlham Əliyevin tanınmış ictimai-siyasi xadim və diplomat Arif Ağakişiyevin 90 illiyi münasibəti ilə təbrik məktubunu yubilyara təqdim edib.

“Report”un Rusiya bürosunun məlumatına görə, tanınmış ictimai-siyasi xadim, diplomat, ötən əsrin 60-cı illərində Şuşa Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində çalışmış Arif Ağakişiyev 90 illik yubileyini qeyd edir.

Bu münasibətlə Azərbaycan Prezidenti İlham Əliyev yubilyara təbrik məktubu ünvanlayıb.

Məktubda bildirilir ki, ötən əsrin 60-cı illərində Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak etmiş Arif Ağakişiyev ölkəmizin inkişafı üçün vacib işlər görüb. A.Ağakişiyev Şuşada rəhbər vəzifədə çalışdığı müddətdə şəhərdə geniş quruculuq işləri görülüb, bir sıra yeniliklər tətbiq edilib. “Sonradan siz Azərbaycanın o dövrki rəhbəri, Ümummilli Lider Heydər Əliyevin dəstəyi ilə SSRİ Ali Diplomatiya Məktəbində respublikamızı layiqincə təmsil etmiş, diplomat olaraq fəaliyyətinizi davam etdirmizisiniz”, – deyə məktubda qeyd olunur.

Dövlətimizin başçısı məktubda vurğulayıb ki, ömrünün böyük hissəsini Vətəndən kənarda yaşamasına baxmayaraq, Arif Ağakişiyev Azərbaycana qəlbən bağlı qalıb, ölkədə gedən prosesləri diqqətlə izləyib. “Əminəm ki, hər bir azərbaycanlı kimi siz də Qarabağımız və onun tacı olan Şuşanın rəşadətli ordumuz tərəfindən işğaldan azad olunmasının sevincini və qürurunu yaşayırsınız”, – deyə təbrik məktubunda qeyd edilib.

Arif Ağakişiyev təbrikə görə dərin minnətdarlığını bildirib və qeyd edib ki, 50 ildən çoxdur Moskvada yaşamasına baxmayaraq, Azərbaycan ilə əlaqələrini kəsməyib. “Bu təbrik məktubunu böyük qürur hissi ilə qəbul etdim. SSRİ dönəmində xarici ölkələrdə diplomat kimi çalışdığım dövrdə də hər zaman, Ulu Öndər Heydər Əliyevin dediyi kimi, azərbaycanlı olmağımla fəxr etmişəm. Azərbaycan dünya ölkələri arasında öz layiqli yerini tutub və inkişaf edir”, – deyə A.Ağakişiyev vurğulayıb. Yubilyar İkinci Qarabağ müharibəsinin gedişini diqqətlə izlədiyini, Qarabağın, Şuşanın işğaldan azad olunması xəbərini böyük sevinclə qarşıladığını xüsusi qeyd edib.

Daha sonra səfir Polad Bülbüloğlu və Arif Ağakişiyev Şuşa ilə bağlı xatirlərini bölüşüblər.

Əvvəlki Yazı

Bakıda avtomobil yanıb

Növbəti Yazı

Azərbaycan və İraq arasında informasiya sahəsində əməkdaşlıq memorandumu təsdiqlənib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.