Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.
Teleqraf xəbər verir ki, Sərəncama əsasən, 2007-ci ildə doğulmuş və 2025-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaq Azərbaycan vətəndaşları arasında 1995–2006-cı illərdə doğulmuş, yaşı 30-dək olan və hələ müddətli həqiqi hərbi xidmət keçməmiş şəxslər də daxil olacaq.
Həmçinin, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun tələblərinə uyğun olaraq, xidmət müddətini başa vurmuş hərbi qulluqçular oktyabr ayı ərzində ehtiyata buraxılacaqlar.
Nazirlər Kabinetinə sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi tapşırılıb.