İyun 17, 2025-15:04
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Prezidentin fikirləri regionda sülhün formalaşdırılması üçün Azərbaycanın xoş niyyətinin göstəricisidir – RƏY

2024:04:24 - 17:19
in SİYASƏT
A A
Prezident İlham Əliyevin ötən gün ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumundakı fikirləri regionda sülhün formalaşdırılması üçün Azərbaycanın xoş niyyətinin göstəricisidir.Bu fikirləri “Report”a Milli Məclisin deputatı Azər Badamov ölkə başçısının dünənki forumda çıxışını şərh edərkən deyib.Onun sözlərinə görə, dövlət başçısı Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün cəhdlər göstərildiyini növbəti dəfə bütün dünyanın gözü önünə sərib.Parlament üzvünün fikrincə, Prezidentin də dediyi kimi, Cənubi Qafqaz beynəlxalq güclərin maraqlarının toqquşduğu məkana çevrilib:”Ona görə də Qərb Cənubi Qafqazda yenidən gərginliyin qızışmasına xidmət edən addımları davam etdirir. Qərbin addımları Sovet İttifaqının tərkibində olmuş digər ölkələr, o cümlədən ən çox dəstəklədikləri Ukrayna və Moldovaya münasibətdə olmayıb. Amma ABŞ və Avropa İttifaqı Paşinyanı Brüsselə çağırır, qapalı görüşlər keçirir və silahlandıraraq yenidən revanşizmə hazırlayır. Bu, Qərbin Cənubi Qafqazda ayırıcı xətlərinin çəkilməsinin və Ermənistana xüsusi münasibətin sərgiləməsinin göstəricisidir.Deputat o cümlədən, vurğulayıb ki, Fransa, Yunanıstan və Hindistan Ermənistanı yenidən silahlandırır və regionda gərginliyi artıran hərəkətləri davam etdirir:”Dövlət başçısı Ermənistanı silahlandıranların mövqeyini pisləyərək, dedi ki, əgər bu ölkəmiz üçün təhlükə mənbəyinə çevirələcəksə, çox ciddi tədbirlər görməyinə məcbur olacağıq. İlham Əliyevin fikirləri həm də regionda gərginliyi artırmaq istəyən dairələrə bir mesajdır. Azərbaycan Ermənistanla bir daha müharibə etmək istəmir. Ona görə də sülh əlini uzadıb və münasibətlərin normallaşması prosesini dəstəkləyir”.Ermənistanın mövqeyini xatırladan A. Badamov Azərbaycanın rəsmi İrəvandan müsbət mesajlar aldığını söyləyib:”Bizim 4 kəndimiz qaytarıldı, sərhədlərin delimitasiyası prosesinə başlanıldı. Əgər Ermənistan yenə də ərazi iddialarına əsaslanmış fikirlər səsləndirərsə, danışıqlar mövzusunu vaxt qazanmaq üçün istifadə edərək, yenidən silahlanmağa çalışarsa, cavabımız çox ciddi olacaq.Prezident İlham Əliyev bu məsələlər ətrafında geniş fikirlər ifadə etdi. Dövlət başçısının fikirləri regionda sülhün və əməkdaşlığın formalaşdırılması üçün ölkəmizin açıq baxışları və xoş niyyətinin göstəricisidir”.
Əvvəlki Yazı

Vahid Hacıyev: 2026-cı ilin sonuna kimi Qubadlı, Zəngilan və Cəbrayıl rayonlarına 40 minə yaxın insan qayıdacaq

Növbəti Yazı

RİNN: Azərbaycan “CubeSat” peyk layihəsinin həyata keçirilməsinə hazırdır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.