Koreya Respublikası Prezidenti Yun Seok Yeolun impiçmenti haqqında qanun layihəsi Milli Assambleyanın plenar iclasında yenidən təqdim edilib, səsvermənin özü 24 saat ərzində mümkündür. Bu barədə Yonhap agentliyi məlumat yayıb.
Cənubi Koreya qanunlarına görə, impiçmentlə bağlı səsvermə parlamentin plenar iclasında müvafiq təşəbbüs təqdim edildikdən 24 saatdan gec olmayaraq mümkündür. Ötən həftəsonu, ilk impiçment cəhdinin uğursuzluğa düçar olmasından sonra müxalifət hər həftə dövlət başçısının vəzifəsindən kənarlaşdırılması məsələsini qaldıracağına söz verib. Səsvermənin ötən dəfə olduğu kimi dekabrın 14-də yerli vaxtla təxminən saat 17:00-da ( Bakı vaxtı ilə 12:00) keçirilməsi gözlənilir.
Bir gün əvvəl altı müxalifət partiyasının deputatları müvafiq sənədi parlament aparatının müvafiq orqanına təqdim ediblər. Təşəbbüsü 191 deputat dəstəkləyib. Milli Assambleyada 300 xalq nümayəndəsi var, onlardan biri formal olaraq bitərəf spikerdir. Hakim Vətəndaş Qüvvəsi partiyası 108 yerə nəzarət edir. İmpiçment elan etmək üçün 300 səsdən 200 səs lazımdır. (Tass)