İyul 31, 2025-15:36
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MANŞET

Prezidentin köməkçisi: Nüfuzlu media qurumları Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparılmasına ön sıradadırlar

2025:07:20 - 13:00
in MANŞET
A A

Kifayət qədər nüfuzlu media qurumları Azərbaycana qarşı sistematik şəkildə dezinformasiya kampaniyasının aparılmasına ön sıradadırlar.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi − Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev III Şuşa Qlobal Media Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Azərbaycan müstəqilliyin ilk illərindən həmişə sistematik şəkildə hətta psixoloji müharibə həddinə çata biləcək dezinformasiya hücumlarına məruz qalıb:

“Dünən dövlət başçısı da bu məsələ barədə ətraflı danışdı. Biz burada bir neçə kateqoriyada və bir neçə təsnifatda ölkəmizə qarşı hücumları fərqləndirməliyik. Burada ilk növbədə Qərb media dairələrindən ölkəmizə qarşı hücumlar dayanır. Ancaq bu gün nədənsə dezinformasiyadan danışarkən ilk olaraq sosial media və ya süni intellekt platformaları ön plana çəkilir. Halbuki Azərbaycanın təcrübəsində görə bilərik ki, kifayət qədər nüfuzlu media qurumları Azərbaycana qarşı sistematik şəkildə dezinformasiya kampaniyasının aparılmasına ön sıradadırlar”.

O qeyd edib ki, buradan “Le Figaro”dan başlamış digər media strukturların adını çəkmək olar.

“Həmçinin sosial media platformalarında süni intellektdən istifadə etməklə Azərbaycanın rəsmi şəxslərinin səslərini belə təhrif edəcək formada “deep fake” texnologiyası əsasında geniş dezinformasiya kampaniyası aparılır”.

Prezidentin köməkçisi vurğulayıb ki, erməni diaspor dairələri Azərbaycana qarşı müxtəlif narrativlərlə – Qarabağın tarixini təhrif edərək, dini mövzuları gündəmə daşıyaraq kampaniyalar aparırlar.

Əvvəlki Yazı

Polis istirahət mərkəzlərində profilaktik tədbirlər həyata keçirir

Növbəti Yazı

Prezidentin köməkçisi Azərbaycan heyətinin Moskvada MDB formatında tədbirdə iştirak etməməsinin səbəblərini açıqlayıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.