May 9, 2025-23:03
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

“Prodüserlərin yüksəlişi” proqramının birinci mərhələsi tamamlanıb

2023:10:19 - 14:17
in MƏDƏNİYYƏT
A A

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) və Azərbaycan Prodüserlər Gildiyasının təşkilatçılığı ilə keçirilən “Prodüserlərin yüksəlişi” proqramının birinci mərhələsi tamamlanıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, 5 gün davam edən təlim Avropanın məşhur prodüserləri Martin Hagemann və Titus Kraymberq tərəfindən keçirilib.

Təlim iştirakçıları Avropa standartlarına uyğun kino layihə sənədlərinin hazırlanması sahəsində baza bilikləri əldə edib, ilin sonunadək isə praktik mentorluq vasitəsilə xarici mentorların nəzarəti və məsləhətləri ilə yeni kino layihələrini hazırlayacaqlar.

Təlimin birinci mərhələsini 30 nəfər müvəffəqiyyətlə bitirib. İştirakçılar xarici mentorlarla təmas qurmaqla yeni layihələr üzərində işlərini 7 həftə davam etdirəcəklər.

Layihənin rəhbəri Martin Hagemann təlimin yüksək səviyyədə təşkil edildiyini və təlim iştirakçıları arasında təcrübəli və kino sahəsində ilk addımlarını atan şəxslər olduğunu vurğulayıb, bu isə dayanıqlı əlaqələrin qurulmasına, ənənəvi təcrübələrin müasir idarəedilməsinə və ümumiyyətlə belə təlimlərin gələcəkdə daha səmərəli layihələrin ərsəyə gəlməsinə xidmət edəcəyinə inandığını bildirir.

Qeyd edək ki, yekunda yerli və xarici mütəxəssislər tərəfindən seçiləcək layihələrə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyi tərəfindən xüsusi mükafatların verilməsi nəzərdə tutulur.

Əvvəlki Yazı

Filarmoniyada solo konsert: “Vətənim Azərbaycandır”

Növbəti Yazı

Böyük Britaniyanın baş naziri və İsrail prezidenti Yaxın Şərqdə eskalasiyaya qarşı çıxış ediblər

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.