Prokurorluğun 55 işçisi dövlət təltifinə layiq görülüb.
AZƏRTAC xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarına qulluğa yeni qəbul olunmuş gənclərin andiçmə mərasimində bildirib.
Qeyd edilib ki, indiyədək 1069 prokurorluq orqanın işçisi barəsində həvəsləndirmə, 208 əməkdaş barəsində isə intizam tədbirləri tətbiq edilib.
Bildirilib ki, 208 əməkdaşdan 49-u Baş Prokurorluq, 11-i Baş Prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsi, 65-i Hərbi Prokurorluq, 3-ü Naxçıvan Respublikası Prokurorluğu, 80-i isə rayon və şəhər prokurorluğunda çalışıb.