İyun 25, 2025-17:10
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Prokurorluq əməkdaşlarının mükafatlandırma mərasimi keçirilib

2024:12:25 - 11:15
in SİYASƏT
A A

Prezident İlham Əliyevin sərəncamına əsasən təltif edilmiş, habelə beynəlxalq tədbirlərin keçirilməsində fəal iştirakına görə həvəsləndirilmiş prokurorluq əməkdaşlarının mükafatlandırma mərasimi keçirilib.

“Report”un məlumatına görə, mərasimdə Baş prokuror Kamran Əliyev, eləcə də digər prokurorluq əməkdaşları iştirak ediblər.

K.Əliyev bildirib ki, bu gün prokurorluq əməkdaşları üçün önəmli gündür:

“Prezident İlham Əliyevin sərəncamına əsasən, 14 nəfər prokurorluq əməkdaşı təltif edilib. Bu bizim üçün əhəmiyyətli hadisədir. Bizim əməkdaşlar dövlət və xalq qarşısında öz əməklərini əsirgəməyiblər. Hər zaman çalışmışıq ki, üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirək”.

O xatırladıb ki, həm Ulu Öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev prokurorluq orqanlarına çox böyük etimad göstərib:

“Hər il prokurorluq orqanlarının peşə bayramı günlərində Prezident İlham Əliyev sərəncamlar imzalayır. Biz birlikdə bu etimadı doğruldacağıq”.

Baş prokuror deyib ki, 2025-ci ilin mayında BMT-nin Antikorrupsiya Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GlobE) növbəti – 6-cı Plenar Görüşü Azərbaycanda keçiriləcək. Tədbir çərçivəsində 500-ə yaxın nümayəndənin Bakıya gələcəyini gözlənilir.

Daha sonra bir qrup prokurorluq əməkdaşları təltif edilib.

Əvvəlki Yazı

Bakıda narkotiklərin satışını təşkil edən ata və iki övladı saxlanılıb

Növbəti Yazı

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı cəbhədəki ağır vəziyyət barədə yenidən məlumat verib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.