İyun 17, 2025-11:07
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı müsabiqədən uğurla keçmiş namizədlər üçün təlim keçirilib

2024:01:11 - 12:24
in SİYASƏT
A A

Baş Prokurorluğun Elm-Tədris Mərkəzində prokurorluq orqanlarına qulluğa qəbulla əlaqədar 2023-cü ildə elan edilmiş müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər üçün icbari təlim təşkil edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ötən il dekabrın 11-dən əyani şəkildə davam edən icbari təlim bu il yanvarın 9-da yekunlaşıb.

İlkin peşə vərdişlərinin formalaşdırılmasına xidmət edən təlim cinayət hüququ, cinayət prosesi ilə yanaşı, əməliyyat-axtarış fəaliyyəti, kriminologiya, inzibati hüquq, kriminalistika, prokuror nəzarətinin təşkili, habelə Baş Prokurorluqda işin təşkili məsələlərini əhatə edən, ümumilikdə, 80-dən çox mühazirə və praktiki məşğələləri özündə ehtiva edib.

Praktiki biliklərin əhəmiyyətini nəzərə alaraq, təlim çərçivəsində namizədlər Bakı şəhərinin tabe rayon prokurorluqlarında keçirilən istintaq hərəkətlərini real şəraitdə müşahidə edib, Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanası, eləcə də Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi”nin fəaliyyəti ilə yaxından tanış olublar.

Gənc hüquqşünasların vətənpərvər, milli-mənəvi dəyərlərimizə sadiq ruhda yetişdirilməsinin zəruriliyini nəzərə alaraq, təlimdə bir çox mədəni-maarifləndirici tədbirlərə üstünlük verilib.

Ulu Öndər Heydər Əliyevin ictimai-siyasi fəaliyyətini təbliğ edən Baş Prokurorluğun muzeyi, Tarixi-memorial qalereyası və kitabxanası ilə tanışlığa xüsusi diqqət ayrılıb.

İcbari təlimi uğurla başa çatdırmış namizədlərə müvafiq şəhadətnamələr təqdim edilib.

Əvvəlki Yazı

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

Növbəti Yazı

Azərbaycanda turizm bələdçilərin sayı 9 dəfə artıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.