Rusiya prezidenti Vladimir Putin ABŞ-la dialoqa hazır olaraq qalır; Vaşinqtonun əks münasibətinin dəyişib-dəyişməyəcəyi 2025-ci ilin yanvarında ABŞ-ın yeni prezidenti vəzifəyə gələndə bəlli olacaq. Bu barədə jurnalistlərə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Prezident Putin dəfələrlə ədalətə, bərabərliyə və bir-birinin narahatlıqlarını nəzərə almaq istəyinə əsaslanan konstruktiv dialoqa açıq olduğunu təkrarlayıb və prezident Putin də bu mövqeyini qoruyub saxlayır, bunu dəfələrlə təsdiqləyib”, – Kreml nümayəndəsi vurğulayıb.
“Hazırda ABŞ administrasiyası tamamilə əks mövqedədir, biz yanvarda nə baş verəcəyini görəcəyik”, – Peskov bildirib. (Tass)