Vladimir Putin Kreml sarayında keçirilən mərasimdə and içərək, 5-ci dəfə Rusiya Federasiyasının prezidenti vəzifəsinə rəsmən başlayıb.
Putinin andiçmə mərasimində Federasiya Məclisi, Duma, Konustutsiya Məhkəməsi üzvləri, mətbuat nümayəndələri və vətəndaşlar daxil olmaqla, təxminən 2600 qonaq iştirak edib.
Rusiya televiziya kanalları tərəfindən canlı yayımlanan mərasimdə Putin əlini Rusiya Konstitusiyası kitabçasına qoyaraq and içib.
Mərasimdəki çıxışında Putin onu yenidən seçən vətəndaşlara təşəkkür edib və Rusiya xalqının maraqlarının və təhlükəsizliyinin onun üçün hər şeydən önəmli olduğunu vurğulayıb.
Rusiyada mart ayında keçirilən prezident seçkilərində 77,49 faiz iştirakla 87,28 faiz səs toplayan Putin 6 il daha vəzifəsində qalacaq.