Mahaçqala hadisələrindən sonra Rusiya prezidenti Vladimir Putin bu gün Moskva vaxtı ilə saat 19:00 radələrində Qərbin Rusiya cəmiyyətini parçalamaq cəhdlərini müzakirə etmək üçün geniş toplantı keçirəcək. Bu barədə jurnalistlərə dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Putin bu gün Moskva vaxtı ilə təxminən saat 19:00-da geniş nümayəndə görüşü keçirməyi və Qərbin Yaxın Şərqdəki hadisələrdən Rusiya cəmiyyətini parçalamaq üçün istifadə etmək cəhdlərini müzakirə etməyi planlaşdırır. Ətraflı söhbət olacaq”, – Kreml nümayəndəsi bildirib.
Onun sözlərinə görə, Putin çıxış edəcək, daha sonra gözlənildiyi kimi görüş bağlı qapılar arxasında keçiriləcək. (Tass)