Rusiya və Ukrayna tərəfləri hər iki tərəfə uyğun olan kompromislər tapmalıdırlar. Bu barədə jurnalistlərə Rusiya prezidenti Vladimir Putin məlumat verib.
“Sual, təbii ki, ondan ibarətdir ki, Rusiya və Ukrayna tərəfləri sülh üçün maksimum istək nümayiş etdirməli və bütün tərəflərə uyğun olan kompromislər tapmalıdırlar. Eyni zamanda qeyd etmək istərdim ki, ümumilikdə, Rusiyanın mövqeyi aydındır. Bizim üçün əsas məsələ bu böhranın köklü səbəblərini aradan qaldırmaqdır”, – Putin izah edib. (Tass)