Rusiya prezidenti Vladimir Putin oktyabrda Kazanda keçiriləcək BRİKS sammitində İran prezidenti Məsud Pezeşkianla danışıqlar aparmaq niyyətində olduğunu bildirib.
Putin Aşqabadda Pezeşkianla görüşdə İran prezidentini Kazanda sammitdə gözlədiyini qeyd edib.
“Bizim orada ikitərəfli görüş də planlaşdırırıq”, – Rusiya prezidenti əlavə edib.
BRİKS assosiasiyası 2006-cı ildə Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən yaradılıb, 2011-ci ildə isə Cənubi Afrika qoşulub. 1 yanvar 2024-cü ildə Misir, İran, BƏƏ, Səudiyyə Ərəbistanı və Efiopiya qrupun tamhüquqlu üzvləri oldu. Bu il assosiasiyaya Rusiya Federasiyası sədrlik edir. BRİKS üçün 2024-cü ilin əsas hadisəsi Kazan sammiti olacaq. (Tass)