Ukraynanın əks-hücum əməliyyatı tamamilə uğursuz olub, baxmayaraq ki, Kiyev cəbhənin müəyyən sektorlarında yeni aktiv hücum əməliyyatları hazırlayır. Bunu Rusiya prezidenti Vladimir Putin jurnalist Pavel Zarubinin Telegram kanalında yayımladığı “Moskva. Kreml. Putin” proqramına müsahibəsində deyib.
“Guya dayanmış əks-hücuma gəlincə, o, tamamilə uğursuz oldu. Biz bilirik ki, döyüşün müəyyən bölgələrində qarşı tərəf buna baxmayaraq, yeni aktiv hücum əməliyyatları hazırlayır. Biz bunu görürük, bilirik. Biz də ona uyğun olaraq reaksiya veririk” – Putin bildirib. (Tass)