Rusiya prezidenti Vladimir Putin Belarus prezidenti Aleksandr Lukaşenkonun səfərinə hazırlaşır. Bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov prezidentin çərşənbə günü iş qrafiki barədə danışarkən bildirib.
“Bu gün prezident Belarus prezidenti Lukaşenkonun sabah baş tutacaq rəsmi səfərinə hazırlaşır. Sabah Lukaşenko ilə söhbət olacaq, rəsmi səhər yeməyi formatında Rusiya-Belarus danışıqları olacaq. Bir sıra sənədlər imzalanacaq, birgə mətbuat konfransı keçiriləcək”, – Kreml sözçüsü bildirib.
Bundan əlavə, prezidentin bu gün Novo-Oqarevoda bir sıra daxili tədbirləri və iqtisadi məsələlərlə bağlı görüşü var. (Tass)