Rusiya prezidenti Vladimir Putin Myanmanın baş naziri Min Aunq Hlainqə ölkənin müstəqilliyinin 76-cı ildönümü münasibətilə təbrik ünvanlayıb. Bu barədə Myanma İnformasiya Nazirliyi məlumat yayıb.
Rusiya lideri Rusiya ilə Myanma arasında “ənənəvi dostluq” münasibətlərinin mövcud olduğunu qeyd edib. “Ölkələrimizin birgə fəaliyyəti sayəsində biz iki xalqın mənafeyinə və Asiya-Sakit Okean regionunun sabitliyinin və təhlükəsizliyinin möhkəmləndirilməsinə uyğun olaraq müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı daha da genişləndirə biləcəyik. <…> Arzu edirəm ki, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, uğurlar, eləcə də bütün Myanma xalqına sülh və firavanlıq diləyirəm”, – bəyanatda deyilir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Myanmalı həmkarı Than Sveyə təbrik ünvanlayıb. “Biz Myanma ilə ənənəvi olaraq dostluq və qarşılıqlı anlaşma ilə səciyyələnən münasibətlərimizdən çox razıyıq”, – deyə o, təbrik məktubunda ölkələr arasında siyasi dialoqun etimada əsaslandığını qeyd edib. Mətni Myanma İnformasiya Nazirliyi təqdim edib.