Rusiya prezidenti Vladimir Putin İsrailin baş naziri Benyamin Netanyahu ilə telefonla Yaxın Şərqdəki vəziyyəti müzakirə edib və regiondakı münaqişələrin sülh yolu ilə həllinin tərəfdarı olduğunu deyib. Bu barədə telefon danışığından sonra Kremlin mətbuat xidməti məlumat yayıb.
“Yaxın Şərqdəki gərgin vəziyyətin müxtəlif aspektləri nəzərdən keçirilib. Rusiya tərəfi regionda mövcud olan problem və münaqişələrin müstəsna olaraq sülh yolu ilə həllinin tərəfdarı olduğu sarsılmaz mövqeyini təsdiqləyib”, – məlumatda deyilir. (Tass)