Rusiya prezidenti Vladimir Putin Macarıstanın baş naziri Viktor Orbanın Milad bayramı zamanı Ukrayna ilə atəşkəs və əsir mübadiləsi ilə bağlı təklifini nəzərdən keçirib. Bu barədə jurnalistlərlə görüşündə Macarıstan hökuməti başçısının aparat rəhbəri Qergeli Qulyas məlumat verib.
Çərşənbə günü iki ölkə liderləri arasında telefon danışığı ilə bağlı sualları cavablandıran o, xatırladıb ki, Orbanın Moskva ilə Kiyev arasında “Milad atəşkəsi” və əsirlərin mübadiləsini təklif etdiyini bildirib. Quyasın sözlərinə görə, Macarıstanın baş naziri ilə söhbəti zamanı Rusiya prezidenti “bu təklifi nə qəbul edib, nə də rədd edib, o, sadəcə onu nəzərdən keçirib”.
Orbanın Putinlə söhbətindən sonra Macarıstan bu təkliflə diplomatik kanallarla Ukraynaya yaxınlaşıb, lakin Vladimir Zelenski bu təklifi rədd edib. Macarıstan hökumətinin başçısı həmin gün açıq şəkildə bundan təəssüfləndiyini bildirib. (Tass)