Rusiya prezidenti Vladimir Putin 2024-cü ildə keçiriləcək prezident seçkilərində müstəqil namizəd olmaq üçün sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edərək rəsmi müraciət edib.
Ölkənin Federasiya Şurası ayın əvvəlində prezident seçkilərinin 2024-cü il martın 15-17-də keçirilməsi barədə qərar qəbul edib.
Müstəqil namizəd kimi seçki yarışına qatılacaq Putin Rusiya parlamentinin aşağı palatası Dumada “Vahid Rusiya”nın dəstəyi ilə seçki kampaniyasına qatılacaq. Onu partiyası dəstəkləyəcək.
Rusiyada əvvəlki prezident seçkiləri 2018-ci il martın 18-də keçirilib və Putin 76,69 faiz səslə prezident seçilib.