Rusiya Silahlı Qüvvələri mayın 8-i gecə yarısından 11-i gecə yarısına kimi humanitar səbəblərdən hərbi əməliyyatları dayandıracaq.
Kremlin mətbuat xidməti Rusiya prezidenti Vladimir Putinin qərarı ilə bağlı məlumat yayıb.
“Humanitar mülahizələrə əsaslanaraq, Qələbənin 80-ci ildönümü günlərində – mayın 7-dən 8-nə keçən gecə yarısından 10-11-i gecə yarısına qədər – Rusiya tərəfi atəşkəs elan edir”, – Kremlin bəyanatında deyilir. “Bu müddət ərzində bütün hərbi əməliyyatlar dayandırılacaq”. (Tass)