Rusiya prezidenti Vladimir Putin böyük ölkələrin liderlərini, o cümlədən ABŞ prezidenti Donald Trampı bu il Böyük Vətən Müharibəsində Qələbənin 80-ci ildönümünü qeyd etmək üçün Moskvaya gəlmək istəsələr, onları məmnuniyyətlə qarşılayacaq.
“Bu, faşizm üzərində qələbəni simvolizə edən bir gündür. Təəssüf ki, bu mövzu indi həmişəkindən daha aktualdır. Ona görə də, bu qələbənin sevincini və bu günün əhəmiyyətini bizimlə bölüşməyə qərar verən ölkələr, xüsusən də böyük dövlətlər varsa, əlbəttə ki, biz və xüsusən də prezident Putin onları Moskvada salamlamaqdan şad olarıq”, – Kremlin sözçüsü D.Pemitkov bildirib. O, dövlət başçısının həmin gün Amerika liderini məmnuniyyətlə qarşılayıb-almayacağı sualına “Yaxşı, əlbəttə” deyə cavab verib.
Peskov qeyd edib ki, bu gün bütün dünya və Avropa qitəsinin hazırda üzləşdiyi münaqişə potensialı və çağırışlar şəraitində xüsusilə vacibdir. (Tass)