Rusiya prezidenti Vladimir Putin Tacikistan lideri Emoməli Rəhmonu Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi şərəfinə 2025-ci il mayın 9-da Qırmızı Meydanda keçiriləcək tədbirlərdə iştirak etməyə dəvət edib. Bu barədə TASS-a Rusiyanın respublikadakı səfiri Semyon Qriqoryev məlumat verib.
“Bu günlərdə biz Tacikistan Prezidenti, hörmətli Emoməli Rəhmona Rusiya Prezidenti Vladimir Putinin 2025-ci il mayın 9-da Qırmızı Meydanda keçiriləcək tədbirlərdə iştirak etmək dəvətini çatdırdıq”, – diplomat bildirib. O qeyd edib ki, 2025-ci ildə Tacikistan MDB-yə sədrlik edəcək. “Hesab edirəm ki, Qələbənin 80 illiyi mövzusu yüksək səviyyədə müzakirə olunacaq”, – həmsöhbət bildirib. (Tass)