Rusiya nüvə triadasını daha da inkişaf etdirməyi planlaşdırır, çünki bu, dünyada strateji çəkindirmə və qüvvələr balansının təminatıdır. Bunu Rusiya prezidenti Vladimir Putin Kremldə hərbi ali məktəblərin məzunları ilə görüşündə deyib.
“Bizim planlarımıza dünyada strateji çəkindirmə və qüvvələr balansının təminatı kimi nüvə triadasının daha da inkişaf etdirilməsi daxildir”, – dövlət başçısı vurğulayıb. (Tass)