Rusiya bütün tərəflərlə, o cümlədən Avropa İttifaqı ölkələri və NATO ilə Avrasiyada bərabər və bölünməz təhlükəsizlik məsələlərini müzakirə etməyə hazırdır. Lakin bu, onlar buna hazır olduqda mümkün olacaq, Rusiya prezidenti Vladimir Putin Kremldə hərbi ali məktəblərin məzunları ilə görüşündə bildirib.
“Biz həm Şanxay Əməkdaşlıq Təşkilatı, MDB, Aİİ, BRİKS-dəki həmkarlarımızla, həm də digər beynəlxalq birliklərlə – Avropa və NATO dövlətləri də daxil olmaqla, bu əsas, həyati vacib məsələlərin geniş beynəlxalq müzakirəsinə hazırıq”.
“Təbii ki, onlar buna hazır olduqda”, – Putin əlavə edib. (Tass)