Rusiya prezidenti Vladimir Putin əmin edib ki, Rusiya Federasiyası İran prezidenti İbrahim Rəisinin öldüyü təyyarə qəzasının araşdırılmasına kömək etməyə hazırdır.
“Əgər həmkarlarımızın ehtiyacı olarsa, biz onlara bu fəlakətin əsl səbəblərinin müəyyən edilməsində ekspert dəstəyi, ekspert yardımı göstərmək üçün hər şeyi etməyə hazırıq”, – Rusiya dövlət başçısı Dövlət Dumasının sədri yas hadisləri üçün İrana gedən Vyaçeslav Volodinlə görüşdə deyib. (Tass)