Avropa və Ukrayna özləri Rusiya ilə dialoqu dayandırdılar, lakin Moskva heç vaxt dialoqdan imtina etmədi. Bunu Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda pilotsuz təyyarələr istehsal edən zavoda səfəri zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Rusiya heç vaxt Ukrayna ilə danışıqlardan imtina etməyib, heç vaxt. Məhz bu danışıqlardakı tərəfdaşlarımız bundan imtina edib, avropalılar Rusiya ilə əlaqəni dayandırıb, Ukrayna tərəfi isə danışıqlara qadağa qoyub, İstanbuldakı danışıqlar prosesindən çəkilib və bunu açıq şəkildə bəyan edib”, – Rusiya lideri bildirib. (Tass)