Rusiya ilə ABŞ arasında münasibətlərin qurulmasında vasitəçilərə ehtiyac yoxdur, bu, “həddindən artıq tələbdir”. Bunu Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda pilotsuz təyyarələr istehsal edən zavoda səfəri zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.
Jurnalistlər Rusiya liderinin diqqətini Rusiya ilə ABŞ arasında Ər-Riyadda aparılan danışıqların Qərbdə, eləcə də “səsvermə hüququna malik olmaq” istəyən ukraynalı siyasətçilərdə panikaya səbəb olmasına yönəldiblər.
“Nəyə səs vermək hüququ? Danışıqlarımızın məqsədi və predmeti Rusiya-Amerika münasibətlərinin bərpası olub. Kimsə Rusiya ilə ABŞ arasında vasitəçi olmaq istəyir? Bu, yəqin ki, həddindən artıq tələbdir”, – dövlət başçısı bildirib. (Tass)