Rusiya və ABŞ müxtəlif sahələrdə, o cümlədən Yaxın Şərqdə birgə işləri təkmilləşdirməyə başlayıblar. Bunu Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda pilotsuz təyyarələr istehsal edən zavoda səfəri zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Məncə, biz qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə əməkdaşlığı yaxşılaşdırmaq üçün ilk addımı atdıq. Buraya sözün geniş mənasında Yaxın Şərq, yəni Suriyadakı vəziyyət, Fələstin-İsrail nizamlanması və s. daxildir. Orada bir çox məsələlər var ki, onların həllində həm ABŞ, həm də Rusiya prezidenti iştirak edir”.
Bu arada Putin vurğulayıb ki, Rusiya ilk növbədə “Ukrayna istiqamətindəki vəziyyətə” diqqət yetirib. (Tass)