Moskva və Pekin əsas beynəlxalq problemlərin həlli istiqamətində səyləri əlaqələndirir, daha ədalətli və demokratik dünya nizamının qurulmasına kömək edir. Kremlin saytı xəbər verir ki , bunu Rusiya prezidenti Vladimir Putin bildirib.
“Vahid Rusiya Partiyası – Çin Kommunist Partiyası” dialoqunun iştirakçılarına ünvanlanan salamlamada dövlət başçısı Rusiya-Çin strateji tərəfdaşlıq əlaqələrinin görünməmiş yüksək səviyyədə olduğunu da qeyd edib. İqtisadiyyat, nəqliyyat, enerji, humanitar və digər sahələrdə genişmiqyaslı birgə layihələr həyata keçirilir.
Putin həmçinin əmin olduğunu bildirib ki, bu dəfə partiyalararası müzakirələr mənalı və konstruktiv keçəcək və dialoq zamanı səslənən fikirlər səmərəli Rusiya-Çin əməkdaşlığının daha da artırılmasına xidmət edəcək.
Öz növbəsində Çin prezidenti Si Cinpin bildirib ki, Rusiya və Çin arasında münasibətlər beynəlxalq vəziyyətin mürəkkəbliyi sınağından çıxıb. Pekin onları daha da inkişaf etdirmək niyyətindədir. (Qazeta.ru)