Rusiya prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanının vəliəhdi, Nazirlər Şurasının sədri Məhəmməd bin Salman Əl Səudu regiondakı vəziyyətlə bağlı fikir mübadiləsi aparmağa dəvət edib.
“Bizim siyasi qarşılıqlı fəaliyyət sferasında, iqtisadiyyatda, humanitar sahələrdə sabit, çox yaxşı münasibətlərimiz var. Əlbəttə, bizim hamımız üçün regionda baş verənlərlə bağlı məlumat və qiymətləndirmə mübadiləsi çox vacibdir”, – Putin Ər-Riyadda vəliəhd şahzadə ilə danışıqlar zamanı bildirib.
Rusiya lideri vurğulayıb: “Görüşümüz, şübhəsiz ki, vaxtındadır”. Putin Səudiyyə Ərəbistanına dəvətə görə də təşəkkür edib. (Tass)