Rusiya prezidenti Vladimir Putin Çin prezidenti Si Cinpinə telefonla Rusiya ilə ABŞ arasındakı təmaslar barədə məlumat verib. Kremlin mətbuat xidmətindən verilən məlumata görə, Pekin dialoqu dəstəklədiyini bildirib.
“Vladimir Putin Çin Xalq Respublikasının sədrinə son Rusiya-Amerika təmasları barədə məlumat verib”, – Kremlin açıqlamasında deyilir: “Çin tərəfi Rusiya ilə ABŞ arasında başlayan dialoqu dəstəklədiyini, həmçinin Ukrayna münaqişəsinin sülh yolu ilə həlli yollarının tapılmasına köməklik göstərməyə hazır olduğunu bildirib.”
Tərəflər vurğuladılar ki, Moskva və Pekin dünya işlərində ən mühüm sabitləşdirici amillərdir. Kreml qeyd edib ki, Putin və Si Cinpin arasında söhbət isti və mehriban keçib.
“Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında uzunmüddətli telefon danışığı zamanı Rusiya və Çin arasında hərtərəfli tərəfdaşlıq və strateji qarşılıqlı münasibətlərin gələcək inkişafının aktual məsələləri ətrafında ətraflı fikir mübadiləsi aparılıb”, – məlumatda deyilir. İqtisadiyyat və ticarət, investisiya, mədəniyyət, təhsil və idman sahələrində qarşılıqlı faydalı əməkdaşlıq da müzakirə edilib. (Tass)