Rusiya prezidenti Vladimir Putin İraqın baş naziri Məhəmməd əl-Sudani ilə danışıqlar zamanı suveren Fələstin dövlətinin yaradılması məsələsinin həllinin zəruri olduğunu bildirib.
O qeyd edib ki, Yaxın Şərqdə nizamlanmanı inhisara almağa çalışan Vaşinqtonun hərəkətləri “Fələstin xalqının fundamental maraqlarını” nəzərə almayıb. “Mən ilk növbədə müstəqil suveren Fələstin dövlətinin yaradılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının qərarlarının yerinə yetirilməsi zərurətini nəzərdə tuturam”, – Rusiya prezidenti izah edib. (Tass)