Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyasında işgüzar səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidanı axşam saatlarında qəbul edəcək. Onun mətbuat katibi Dmitri Peskov keçirdiyi brifinqdə dövlət başçısının iş qrafiki barədə danışıb.
“Bakı vaxtı ilə saat 19:00-dan sonra prezident burada işgüzar səfərdə olan Türkiyənin xarici işlər naziri Fidanı qəbul edəcək”, – Kreml nümayəndəsi qeyd edib.
Peskovun sözlərinə görə, Fidan Rusiyada danışıqlar aparıb və indi o, “bu danışıqların nəticələri barədə” Putinə məlumat verəcək. Rusiya prezidentinin mətbuat katibi vurğulayıb ki, Moskva ilə Ankara arasında münasibətlərin gündəliyi “çox genişdir, müzakirə olunacaq çoxlu mövzular var”. (Tass)