Rusiya prezidenti Vladimir Putin Çinə səfərindən sonra keçirilən mətbuat konfransında deyib ki, Ukrayna üzrə dinc danışıqlar üçün “teatr jestləri” yox, Kiyevin bu cür danışıqları qadağan edən fərmanının ləğvi lazımdır. Rusiya dövlət başçısı Qərbin Ukrayna ilə bağlı mövqeyini bir qədər dəyişməyi düzgün hesab edir və münaqişənin danışıqlar yolu ilə həll edilməli olduğunu deyib.
Əgər Ukrayna tərəfi danışıqlar prosesinin real olmasını istəyirsə, o zaman bunu hansısa “teatr jestləri” ilə etmək lazım deyil, ilk növbədə Ukrayna prezidentinin danışıqları qadağan edən fərmanını ləğv etmək lazımdır”, – Putin bildirib. (Nevs.ru)