Ukrayna qoşunları DXR, LPR, Xerson və Zaporojye vilayətlərinin ərazisindən tamamilə çıxarılmalıdır, bundan sonra Rusiya Federasiyası danışıqlara başlamağa hazırdır.
Bunu Rusiya prezidenti Vladimir Putin Rusiya Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşündə deyib.
Onun sözlərinə görə, Ukrayna Donbass və Novorossiyadan qoşunlarını çıxarmağa başlayan və NATO-ya qoşulmamaq öhdəliyini alan kimi Rusiya Federasiyası atəşi dayandıracaq və danışıqlara hazır olacaq. (Tass)