Ukraynadakı münaqişə Qəzza zolağında dağıntılar baxımından baş verənlərə bənzəmir. Bu barədə Rusiya prezidenti Vladimir Putin birbaşa və mətbuat konfransında bildirib.
“Biz sadəcə olaraq Ukrayna böhranı ilə bağlı vəziyyətdən danışırdıq. Amma siz, burada iştirak edən hər kəs və bütün dünyada [fərqi] görürsünüz. Xüsusi hərbi əməliyyata və Qəzzada baş verənlərə baxın. Fərqi hiss edin, Ukraynada belə bir şey yoxdur”, – Putin bildirib. (Tass)