Kremlin mətbuat xidməti xəbər verir ki, Rusiya lideri Vladimir Putin və Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan Rusiyada danışıqlar zamanı beynəlxalq gündəmdəki aktual məsələləri, o cümlədən Yaxın Şərq və Şimali Afrikadakı vəziyyəti müzakirə edəcəklər.
“Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə danışıqlarda çoxşaxəli Rusiya-BƏƏ əməkdaşlığının vəziyyəti və inkişaf perspektivləri, beynəlxalq gündəlikdəki aktual məsələlər, o cümlədən Yaxın Şərq və Şimali Afrika regionunda vəziyyət müzakirə olunacaq” mesajının mətnində deyilir. (Tass)