Danışıqlar zamanı Rusiya prezidenti Vladimir Putin və Oman sultanı Heysəm bin Tarek Əl Səid Fələstin-İsrail münaqişəsinin iki dövlət prinsipi nəzərə alınmaqla ədalətli həllinin vacibliyini qeyd ediblər. Bu barədə iki liderin Kremlin saytında dərc olunmuş birgə bəyanatında deyilir.
“Tərəflər Fələstin məsələsinə də toxunaraq, Fələstin xalqının qanuni hüquqları nəzərə alınmaqla, paytaxtı Şərqi Qüdsdə olan müstəqil, suveren Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan iki dövlətli həll əsasında və hamı tərəfindən tanınmış beynəlxalq hüquqi çərçivəyə uyğun olaraq, Fələstin xalqının qanuni hüquqları nəzərə alınmaqla ədalətli həllinə nail olunmasının zəruriliyini qeyd ediblər. (Tass)