Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp Ukrayna nizamlanması üzrə müxtəlif səviyyələrdə təmasları davam etdirmək barədə razılığa gəliblər. Telefon danışığının məzmununu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov keçirdiyi brifinqdə açıqlayıb.
“Liderlər Ukrayna məsələsi üzrə, o cümlədən ən yüksək səviyyədə, eləcə də digər səviyyələrdə və digər kanallar vasitəsilə təmasları davam etdirmək barədə razılığa gəliblər”, – diplomat bildirib. (Tass)